Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kreditin verilməsini təsdiq edib və Rusiyaya qarşı yeni - 20-ci sanksiyalar paketini qəbul edib.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X” hesabında bildirib.
“Aİ-nin Ukraynada ədalətli və davamlı sülhə nazil olmaq strategiyası iki sütuna söykənir: Ukraynanın gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması. Bu gün biz hər ikisində irəlilədik - Ukraynaya 90 milyard avroluq krediti təsdiq etdik, hansı ki, 2026-2027-ci illərdə hərbi və maliyyə yardımını nəzərdə tutur və Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul etdik”, - Koşta qeyd edib.
O vurğulayıb ki, 20-ci paketin qəbul edilməsi Rusiyanın müharibəni aparmaq qabiliyyətini azaldır.
Koşta Avropanın Ukraynanı dəstəkləmək yolunda möhkəm dayandığını əlavə edib.
.
