Avropa İttifaqı ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasının fevralın 19-da keçiriləcək iclasında müşahidəçi statusunda iştirak edəcək.
“Reuters“ xəbər verir ki, bu barədə Aİ Komissiyasının sözçüsü Qiyyom Mersye jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Aİ Komissarı Dubravka Şuisa ABŞ-da baş tutacaq Sülh Şurasının iclasında müşahidəçi qismində iştirak edəcək: "Aİ iclasda Qəzzada atəşkəsin tətbiqi ilə bağlı uzunmüddətli öhdəliyimiz və həmçinin Qəzzada tikinti və müharibə sonrası bərpa işlərinə dəstək vermək məqsədilə beynəlxalq səylərə qatılmaq üçün iştirak edir".
.
