Avropa İttifaqı Şurası 8 nəfər Rusiya vətəndaşına sanksiya tətbiq edib.

Bu barədə Aİ Şurasının saytında məlumat verilib.

Məlumata görə, sanksiyalar ciddi insan haqları pozulması, vətəndaş cəmiyyəti və demokratik müxalifətin repressiyası və Rusiyada qanunun aliliyinə ziyan vurulması ittihamları ilə tətbiq edilib.

Sanksiyaya məruz qalan şəxslərin Aİ ölkələrindəki aktivləri dondurulur. Eləcə də Aİ vətəndaşları və şirkətlərinə sözügedən şəxslərə hər hansı bir maliyyə vəsaitinin əlçatan edilməsi qadağan edilir. Bundan əlavə həmin 8 nəfərə səyahət qadağası qoyulur ki, bu da onların Aİ ölkələrinə səfər etməsinə və ya bu ölkələrdən tranzit kimi istifadə etməsinə mane olacaq.

Qeyd edilib ki, sanksiya qoyulan şəxslər Rusiyanın ədliyyə orqanlarının əməkdaşlarıdır.

Onlara 2 hakim, bir müstəntiq, bir prokuror və 4 nəfər həbsxana rəisi daxildir.

.