Rusiya prezidentinin və xarici işlər nazirinin Avropa İttifaqına səfərinə qadağa Aİ-nin sanksiyalarına daxil deyil.

Bu barədə Avropa İttifaqı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya prezidentinin və XİN başçısının Avropa İttifaqına səfərlərinə sanskiya tətbiq edilməyib və buna görə də Putinin Macarıstana səfərinə heç bir maneə yoxdur.

Macarıstan XİN başçısı Petro Siyarto isə bildirib ki, Macarıstan Budapeştdə Trampla uğurlu danışıqlar üçün Putinin təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, oktyabrın 16-da Putin və Tramp telefon danışığı zamanı Budapeştdə görüşmək barədə razılığa gəliblər.

.