Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası Azərbaycanla sərhəddə ilk patruluna çıxıb.

Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin "Twitter" hesabında paylaşım edilib.

Məlumatda qeyd olunub ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyası etimad inşası və sərhəd komissiyalarının işinə töhfə vermək məqsədilə qarşıdakı iki ay ərzində Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində monitorinq aparacaq.

.