Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Avropa üçün strateji əhəmiyyətə malikdir və Aİ Ermənistanın bu marşruta qoşulması səylərini dəstəkləyir.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvanda keçirilən Aİ-Ermənistan sammitinin yekunları üzrə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə birgə bəyanatla çıxışı zamanı bildirib.
"Biz Transxəzər dəhlizi kimi əsas nəqliyyat marşrutlarına inteqrasiyanızı dəstəkləyəcəyik. Regionlarımız arasında artan ticarət axınları nəzərə alınmaqla bu marşrut Avropa üçün də strateji əhəmiyyəə malikdir.
Buna görə də bu gün nəqliyyat üzrə yüksək səviyyəli dialoqu başladırıq, çünki nəqliyyat şəbəkələri rəqabətqabiliyyətliliyin hərəkətverici qüvvəsidir", - o bildirib.
Fon der Lyayenin sözlərinə görə, Aİ və Ermənistan dörd əsas istiqamətdə əməkdaşlığı inkişaf etdirəcək: qarşılıqlı əlaqə, enerji, rəqəmsallaşma, həmçinin iqtisadi dəstək və sosial dayanıqlılıq.
.
