“Biz Azərbaycan və Ermənistan arasında etimadın güclənməsi istiqamətində tərəflərlə intensiv şəkildə işləyirik”.

Bu barədə yüksək vəzifəli avropalı diplomat bildirib.

O qeyd edib ki, Aİ tərəflərlə işləməyə sadiqdir.

Diplomat Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığının olduğunu xatırladıb.

“Eyni zamanda, tərəflər müdafiə nazirləri arasında birbaşa təmasın yaradılmasına razılıq verdi. Düşünürəm ki, bu təmasın yaradılması artıq öz bəhrəsini verib. Belə ki, de-eskalasiya mümkün olub. Bu, gələcəkdə də hər hansı gərginliyin meydana çıxmasının qarşısını alacaq. Hələ görüləsi işlər çoxdur”, - deyə diplomat vurğulayıb.

.