Bu gün Azərbaycan Futbol Federasiyaları Assosasiyasının İntizam Komissiyasının toplantısı keçilirilib. Topaz Premyer Liqasının XVIII turunun matçlarında baş verən olaylarla bağlı hüquqi qərarlar verilib.
İntizam Komissiyasının qərarı ilə dekabrın 20-də keçirilən AZAL – "Neftçi” matçında AZAL klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Qərarda bildirilir ki, matçın 80-ci dəqiqəsində "Neftçi” klubunun futbolçusu Mahir Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub isə 200 manat cərimə olunur.
Oyunun 83-cü dəqiqəsində "Neftçi” klubunun futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub isə 2000 manat cərimə olunur.
Oyunun 83-cü dəqiqəsində "Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub isə 5000 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra "Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub isə 5000 manat cərimə olunur.
.
