Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın İsfahandakı yeni nüvə zavodunun hazırkı vəziyyətindən xəbərsizdir.

“Reuters“ xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

Qrossi Vaşinqtonda konfransda iştirak etdiyini və Tramp administrasiyasının rəsmiləri ilə görüşlər keçirdiyini deyib.

“Müəssisə yerin altındadır, amma biz hələ ora səfər etməmişik”, - o qeyd edib.

Qrossinin sözlərinə görə, AEBA müfəttişlərinin nüvə kompleksinə səfəri zavod 12 günlük müharibədə vurulduğu zaman ləğv olunub.

İran AEBA-nı bu yeni müəssisə barədə ötən ilin iyun ayında məlumatlandırıb.

.