
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukraynadakı münaqişənin üçüncü dünya müharibəsinə çevrilməsi təhlükəsinin qarşısını almaq mümkün olub.
Bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
“Düşünürəm ki, bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi. Bu, artıq baş verməyəcək, amma baş verə bilərdi”, – deyə Tramp qeyd edib.
Prezidentin sözlərinə görə, onun səyləri təkcə ABŞ-ın deyil, həm də Avropanın təhlükəsizliyinə yönəlib.
“Mən bunu yalnız bizim üçün etmirəm, bizim aramızda okean var. Mən bunu həm də Avropaya kömək etmək üçün edirəm. Onlar istəyirlər ki, bu müharibə bitsin, amma bunu təkbaşına edə bilmirlər”, – Tramp əlavə edib.
.