İran Hörmüz boğazını açacağına söz verdi, lakin bunu bilərəkdən yerinə yetirmədi.

ABŞ Prezidenti Donald Tramp bu barədə paylaşmında bildirib.

“Bu, dünyanın müxtəlif ölkələrində və insanlarda narahatlığa səbəb oldu. Onlar sulara mina yerləşdirdiklərini deyirlər, halbuki onların bütün donanması və “mina yerləşdirən” qüvvələrinin əksəriyyəti tamamilə məhv edilib. Ola bilər ki, bunu ediblər, lakin hansı gəmi sahibi belə riskə gedər? Bu, İranın və onların “liderlərinin” nüfuzuna böyük ləkə və zərbədir, lakin biz artıq bu mərhələdən keçmişik. Vəd etdikləri kimi, onlar bu beynəlxalq su yolunu dərhal və sürətlə açmaq prosesinə başlamalıdırlar! Onlar bütün qanunları pozurlar”, - deyə ABŞ Prezidenti qeyd edib .

“Mənə ABŞ vitse-prezidenti Ceyms Devid Vens, xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşner tərəfindən İslamabadda feldmarşal Asim Munir və Pakistanın baş naziri Şahbaz Şərifin mehriban və çox səriştəli rəhbərliyi ilə keçirilmiş görüş barədə tam məlumat verilib. Onlar çox qeyri-adi insanlardır və davamlı olaraq Hindistanla baş verə biləcək və 30–50 milyon insanın ölümünə səbəb ola biləcək dəhşətli müharibəni dayandırdığıma görə mənə təşəkkür edirlər. Mən bunu eşitməyi hər zaman yüksək qiymətləndirirəm, burada deyilən insanlıq anlayışı təsəvvür edilə bilməz. İranla görüş səhər erkən başladı və bütün gecə davam etdi — təxminən 20 saat. Mən çox detallara girə bilərdim və əldə olunan çox şeydən danışa bilərdim, lakin yalnız bir şey vacibdir ki, İran nüvə ambisiyalarından imtina etmək istəmir. Bir çox baxımdan razılaşdırılan məqamlar hərbi əməliyyatlarımızı sona qədər davam etdirməkdən daha yaxşıdır, lakin bütün bunlar nüvə enerjisinin belə qeyri-sabit, çətin və proqnozlaşdırıla bilməyən insanların əlində olmasına icazə verilməsi ilə müqayisədə əhəmiyyətsizdir. Vaxt keçdikcə mənim üç nümayəndəm İran nümayəndələrinə — Məhəmməd-Baqer Qalibaf, Abbas Əraqçi və Əli Baqeriyə çox mehriban və hörmətli yanaşmağa başladılar. Lakin bu əhəmiyyət daşımır, çünki onlar ən vacib məsələ üzrə çox qəti idilər. Mən əvvəldən, illər əvvəl dediyim kimi İran heç vaxt nüvə silahına sahib olmayacaq”, - deyə Donald Tramp vurğulayıb.

 ABŞ Hörmüz boğazında gəmilərin blokadasına başlayacaq, İran şantajla qazanc əldə edə bilməyəcək

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olmaq və ya oradan çıxmaq istəyən bütün gəmilərin blokadasına başlayacaq.

ABŞ Prezidenti Donald Tramp bu barədə paylaşmında bildirib.

“Beləliklə, İslamabadda görüş yaxşı keçdi, əksər məqamlar razılaşdırıldı, lakin yeganə və ən vacib məsələ — nüvə məsələsi razılaşdırılmadı. Dərhal qüvvəyə minməklə, dünyanın ən yaxşısı olan ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olmaq və ya oradan çıxmaq istəyən bütün gəmilərin blokadasına başlayacaq. Müəyyən vaxtdan sonra biz “hamının daxil olmasına və hamının çıxmasına icazə verilməsi” rejiminə keçəcəyik, lakin İran sadəcə, “haradasa mina ola bilər” deməklə bunu mümkünsüz edib , bunu isə onlardan başqa heç kim bilmir. Bu, dünya miqyasında şantajdır və heç bir ölkə lideri, xüsusilə ABŞ, şantaja boyun əyməyəcək. Mən Hərbi Dəniz Qüvvələrinə beynəlxalq sularda İrana qanunsuz ödəniş edən bütün gəmiləri izləmək və saxlamaq əmri vermişəm. Qanunsuz ödəniş edən heç bir gəmi açıq dənizdə təhlükəsiz hərəkət edə bilməyəcək. Biz həmçinin İranın boğazda yerləşdirdiyi minaların zərərsizləşdirilməsinə başlayacağıq. ABŞ qüvvələrinə və ya sülhsevər gəmilərə İran tərəfdən atəş açanlar “tamamilə məhv ediləcək”, - deyə Donald Tramp qeyd edib.

“İran bu vəziyyəti necə bitirəcəyini hamıdan yaxşı bilir, bu vəziyyət artıq onların ölkəsini dağıdıb. Onların donanması yoxdur, hava qüvvələri yoxdur, hava hücumundan müdafiə və radar sistemləri işləmir, Xamenei və onların əksər “liderləri” artıq yoxdur. hamısı da nüvə ambisiyalarına görə. Blokada tezliklə başlayacaq. Bu blokadada digər ölkələr də iştirak edəcək. İran bu qanunsuz şantajdan qazanc əldə edə bilməyəcək. Onlar pul istəyirlər və daha da önəmlisi, nüvə istəyirlər. Bundan əlavə, biz döyüşə tam hazır vəziyyətdəyik və uyğun vaxtda Ordumuz İranda qalan nə varsa, məhv edəcək!, - deyə ABŞ Prezidenti vurğuılayıb.

Hörmüz boğazında minaların zərərsizləşdirilməsinə başlayacağıq, İran tərəfdən atəş açanlar məhv ediləcək

İranın Hörmüz boğazda yerləşdirdiyi minaların zərərsizləşdirilməsinə başlayacağıq.

ABŞ Prezidenti Donald Tramp bu barədə paylaşmında bildirib.

“Dərhal qüvvəyə minməklə, dünyanın ən yaxşısı olan ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olmaq və ya oradan çıxmaq istəyən bütün gəmilərin blokadasına başlayacaq. Müəyyən vaxtdan sonra biz “hamının daxil olmasına və hamının çıxmasına icazə verilməsi” rejiminə keçəcəyik, lakin İran sadəcə, “haradasa mina ola bilər” deməklə bunu mümkünsüz edib , bunu isə onlardan başqa heç kim bilmir. Bu, dünya miqyasında şantajdır və heç bir ölkə lideri, xüsusilə ABŞ, şantaja boyun əyməyəcək. Mən Hərbi Dəniz Qüvvələrinə beynəlxalq sularda İrana qanunsuz ödəniş edən bütün gəmiləri izləmək və saxlamaq əmri vermişəm. Qanunsuz ödəniş edən heç bir gəmi açıq dənizdə təhlükəsiz hərəkət edə bilməyəcək. Biz həmçinin İranın boğazda yerləşdirdiyi minaların zərərsizləşdirilməsinə başlayacağıq. ABŞ qüvvələrinə və ya sülhsevər gəmilərə İran tərəfdən atəş açanlar “tamamilə məhv ediləcək”, - deyə Donald Tramp qeyd edib.

.