İranın hansı hərbi infrastrukturu hara köçürdüyünü bilirik.
Bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib.
“Heç vaxt olmadığı qədər gücümüzü yenidən toplayırıq”, - Heqset bildirib.
Müharibə naziri İranı nəzərdə tutaraq, beynəlxalq sularda qanuni şəkildə hərəkət edən ticarət gəmilərinə raket və dronlarla hücum təhdidini “quldurluq” və “terrorizm” adlandırıb.
Heqset İranı ABŞ-la razılığa gəlməyə çağırıb, yoxsa hərbi əməliyyatları bərpa edəcəkləri ilə bağlı hədələyib.
.
