İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək.

Bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bildirib.

O qeyd edib ki, İranda rejim dəyişəcək.

ABŞ müharibə naziri ABŞ-ın bu müharibəyə başlamadığını, lakin Prezident Trampın rəhbərliyi altında onu bitirmək niyyətində olduğunu qeyd edib.

O vurğulayıb ki, “əgər kimsə dünyanın hər hansı bir yerində amerikalıları öldürərsə və ya təhdid edərsə, ABŞ bu cür şəxsləri tərəddüd etmədən və üzr istəmədən təqib edib məhv edəcək”.

Bu müharibənin şərtlərini biz müəyyənləşdiririk, İranın imkanları getdikcə zəifləyir

Bizim imkanlarımız getdikcə artır, İranda isə zəifləyir.

Bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset deyib.

“Bu müharibənin şərtlərini biz müəyyənləşdiririk. Əvvəlini də, sonunu da. Ümid edirik ki, İran xalqı bu inanılmaz fürsəti dəyərləndirəcək”, - nazir qeyd edib.

Heqset vurğulayıb ki, əməliyyatın hədəfi İran təhdidini, o cümlədən onun raket sənayesini, donanmasını məhv etmək və nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

.