Amerika idmançıları 2016-cı ilin yayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya oyunlarından imtina edə bilərlər.
Virtualaz.org saytı "Reuters” agentliyinin məlumatına əsasən xəbər verir ki, bu qərar Braziliyada yayılmış Zika xəstəlitinə görə verilə bilər. Mənbənin bildirdiyinə görə, ABŞ-ın Milli Olimpiya Komitəsi ölkənin idman federasiyalarına müraciət yollayaraq, özünü Zika epidemiyasından kifayət qədər qorunmuş hesab etməyən idmançıların Oyunlara getməməsini tövsiyə edib.
Bundan az öncə Beynəlxalq Olimpiya Komitəsinin başçısı Tomas Bax bildirmişdi ki, Zika xəstəliyinin geniş yayılmasına baxmayaraq, Braziliyadakı Oyunlarda dünyanın ən güclü idmançıları iştirak edəcəklər.
Ötən həftənin əvvəlində Braziliya prezidenti mülki dəftərxanasının rəhbəri Jakis Vaqner hamilə qadınların Olimpiadaya gəlişinin arzuolunmaz olduğunu deyib. O əlavə edib ki, Zika xəstəliyi epidemiyası Olimpiya Oyunlarının təxirə salınmasına gətirib çıxarmayacaq.
.