ABŞ donanması 70-dən çox tankerin İran limanlarına daxil olmasına və oranı tərk etməsinə icazə vermir.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.

Bildirilib ki, bu gəmilərin ümumilikdə 166 milyon barel neft daşımaq imkanı var və bu neftin dəyəri 13 milyard dollardan çoxdur.

Blokadanı yarmaq istəyən 50-dən çox gəmi isə geri qaytarılıb.

Qeyd edək ki, ABŞ İrana qarşı dəniz blokadasını davam etdirir.

.