Bu ilin 9 ayı ərzində məişət zorakılığı ilə bağlı 1100-dən çox cinayət hadisəsi qeydə alınıb.

Bunu "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbirdə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

O bildirib ki, həmin hadisələr üzrə 1088 nəfər (893 qadın, 195 kişi olmaqla) xəsarət alıb, 55 nəfər isə ölüb: "2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 50 qəsdən adam öldürmə cinayəti baş verib, bu cinayətlər nəticəsində 12 kişi, 39 qadın həyatını itirib, 3 kişi, 1 nəfər qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 14 qəsdən adam öldürməyə cəhd cinayəti baş verib, bu cinayətlər nəticəsində isə 1 kişi, 16 qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb".

.