50 kiloqramlıq un kisəsi 30 manata?!- ŞƏRH

11,099 oxunub

"Azərbaycanın bəzi rayonlarında 50 kiloqramlıq un kisəsi 30 manata satılır.”

Bunu AzNews.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, son 10 gün ərzində dolların kursunun aşağı düşməsinə baxmayaraq, istər Bakı şəhəri və onun ətrafı, istərsə də bölgələrdə unun qiyməti qalxmaqda davam edir:

"Unun qiymətində 10-25 % artım olub. Rayonların əksəriyyətində unun bir kisəsi 30 manata qədər yüksəlib. Bu isə dünya bazarında mövcud olan konyukturdan tamamilə fərqlidir. Azərbaycanda unun qiyməti digər ölkələrə nisbətdə çox bahadır. Digər ölkələrdə unun 1 tonu 180 dollara olduğu halda, Azərbaycanda yarım tonu 180 dollara təklif olunur. Azərbaycanda dolların kursunun son günlər azalmasına baxmayaraq, bazarda qiymətlərin aşağı enməsi müşahidə olunmur.”

Ekspertin fikrincə, ərzaq adı altında Azərbaycana gətirilən buğda dollarla əldə olunur:

"Həmin buğdanın keyfiyyət göstəricisi çox aşağıdır. Əslində dolların ucuzlaşması unun, çörəyin və buğdanın ucuzlaşmasına səbəb olmalıdır. Ancaq bununla belə, ortaya daha tutarlı faktlar çıxıb. Un satışı ilə məşğul olan sahibkarlar un kisələrinə müdaxilə edir. Un kisələrinin çəkisində azalma hallarına rast gəlinir. 50 kiloqramlıq un kisəsinin çəkisini 5 kq. azaldıblar. Həm unun qiymətini artırırlar, həm də çəkisini azaldırlar.”

Bahar RÜSTƏMLİ

.
XƏBƏRLƏR 28-07-2026
27-07-2026
19:39 Ukrayna Antikorrupsiya Bürosu XİN-in sabiq rəsmisinin rəhbərlik etdiyi cinayətkar qrupu ifşa edib
19:06 AP: Vasitəçilər ABŞ və İranı yenidən danışıqlara qaytarmaq istiqamətində irəliləyiş əldə ediblər
19:01 Azərbaycanın Rusiya ixracı 3 % artıb, idxalı isə 42 % azalıb
18:23 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
18:10

Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib

18:03 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqlənib
17:31 Peskov: Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir
17:26 "Toplum TV" işi üzrə hökm oxunub
17:03 "Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən kişinin vəziyyəti açıqlanıb
16:59 Səudiyyə Ərəbistanı neft obyektlərinə yönələn PUA-ların məhv edildiyini açıqlayıb
16:29 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıb 
16:10 Azərbaycanda bu ilin II rübündə qaz hasilatı 1 % artıb
15:54 Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
15:35 Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
15:18 Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
Təqvim