"Atletik"in futbolçusu Aris Aduris rekorda imza atıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Avropa Liqasının qrup mərhələsində "Genk"ə qarşı keçirilən görüşdə penta-trik edən 35 yaşlı oyunçu bu turnirdə 5 qol vuran ilk futbolçu olub. O, bu qollardan 3-nü penaltidən vurub. Qeyd edək ki, "Atletik" - "Genk" görüşü Bilbao klubunun 5:3 hesablı qələbəsi ilə başa çatıb. |
