Çempionlar Liqasının 1/8 finalında "Borussiya" ilə ilk matçda zədələnən "Yuventus"un kapitanı Andrea Pirlo bu gün tibbi müayinədən keçib.
35 yaşlı yarımmüdafiəçinin sağ baldır əzələsində yırtıq aşkarlanıb. Onun üç həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, "Yuventus" - "Borussiya" matçı birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. (qol.az)
.