UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib. Qitənin ikinci dərəcəli turnirində bütün görüşlər bir gündə baş tutub.
Azərbaycan millisinin üzvü Ruslan Abışovun da şərəfini qoruduğu Rusiyanın "Rubin” klubu La Liqanın autsayderi "Betis”lə münasibətlərinə aydınlıq gətirib. Qrup mərhələsini zirvədə başa vuran Rusiya təmsilçisi 10 nəfərlə tamamladığı matçda meydanı 1:1 bərabərliklə tərk edib.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor” səfərdə A Seriyasının lideri "Yuventus”la üz-üzə gəlib. Trabzonlular güclü rəqib qarşısında mübariz oyun göstərsələr də, məğlubiyyətdən yaxa qurtara bilməyiblər – 2:0.

UEFA Avropa Liqası, 1/16 finalın ilk oyunları
20 fevral

"Anji" (Rusiya) - "Genk" (Belçika) - 0:0
Qırmızı vərəqə: İlya Maksimov, 89 ("Anji")

PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 0:1
QOL: Lima, 59

"Dinamo" (Kiyev, Ukrayna) - "Valensiya" (İspaniya) - 0:2
QOL: Varqas, 79, Fequli, 90

"Liberets" (Çexiya) - "Alkmaar" (Hollandiya) - 0:1
QOL: Vierqever, 89

"Dnepr" (Ukrayna) - "Tottenhem" (İngiltərə) - 1:0
QOL: Konoplyanka, 81 (pen.)

"Yuventus" (İtaliya) - "Trabzonspor" (Türkiyə) - 2:0
QOL: Osvaldo, 16, Poqba, 90+4
"Çernomorets" (Ukrayna) - "Lion" (Fransa) - 0:0

"Esbyerq" (Danimarka) - "Fiorentina" (İtaliya) - 1:3
QOL: Pusiç, 10 - Matri, 8, İliçiç, 15, Aquilani, 37 (pen.)

"Ayaks" (Hollandiya) - "Zalsburq" (Avstriya) - 0:3
QOL: Soriano, 14 (pen.), 35, Mane, 21

"Latsio" (İtaliya) - "Ludoqorotes" (Bolqarıstan) - 0:1
QOL: Bezyak, 45
Qırmızı vərəqə: Kavanda, 73 - Svetoslav Dyakov, 55

"Makkabi" (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə) - 0:0

"Porto" (Portuqaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:2
QOL: Kuarejma, 44, Varela, 68 - Xoselu, 72, Sandro, 77 (avtoqol)

"Maribor" (Sloveniya) - "Sevilya" (İspaniya) - 2:2
QOL: Morales Ta, 33 Vrsiç, 81- Qameyro, 47, Fazio, 72

"Viktoriya" (Çexiya) - "Şaxtyor" (Ukrayna) - 1:1
QOL: Tekl, 62 - Adriano, 65

"Betis" (İspaniya) - "Rubin" (Rusiya) - 1:1
QOL: Vila, 3 - Yeremenko, 74 (pen.)
Qırmızı vərəqə: Aleksandr Prudnikov, 28 ("Rubin")

"Suonsi" (İngiltərə) - "Napoli" (İtaliya) - 0:0
.