"Real Madrid” klubu Kriştianu Ronaldoya Mərakeşə, öz dostunun yanına uçmağı qadağa edib.
Avropa.info xəbər verir ki, klub bu addımı atmaqla komandada intizamı artırmağı düşünür. "Real”ın prezidenti Florentino Peres Mərakeş kralı VI Məhəmməddən xahiş edib ki, portuqaliyalı futbolçu qadağanı pozarsa kluba xəbər versin.
Dekabrın əvvəli mətbuatda xəbər yayılmışdı ki, Ronaldo dostu Badru Harini görmək üçün Mərakeş paytaxtına şəxsi təyyarəsi ilə uçur. Madridə isə səhər məşğələlərinə çatmaq üçün gecə qayıdır.
Ronaldonun dostugilə mütəmadi etdiyi səfərlər onların homoseksual münasibətdə olması ilə bağlı KİV-də şübhələr yaratmışdı.
.