"Real"ın qapıçısı Keylor Navas İspaniya La Liqasının 3-c turunda "Osasuna" ilə görüşü buraxacaq.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, buna səbəb onun zədəsini sağalda bilməməsidir.

Qeyd edək ki, "Real" - "Osasuna" oyunu sentyabrın 10-u keçiriləcək.
.