İspaniyanın "Real" (Madrid) klubunun forvardı Kriştiano Ronaldo, eləcə də "Barselona"nın hücumçuları Lionel Messi və Neymar 2015-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatına namizəddirlər.

Bu barədə FİFA-nın rəsmi saytında məlumat verilir.

Xatırladaq ki, "Qızıl top"un növbəti sahibi gələn il yanvarın 11-də İsveçrənin Sürix şəhərində keçiriləcək səsvermədən sonra müəyyənləşəcək.
.