"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" (Dortmund) klubu futbolçusu Paskal Stentsellə müqavilənin müddətini uzadıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı futbolçu 2019-cu ilin yayına qədər Dortmund təmsilçisinin şərəfini qoruyacaq.
"Borussiya" rəhbərliyinin mənə güvənməsi və müqavilə yeniləməsindən həqiqətən qürurlandım. Mümkün qədər tez bir zamanda mənə olan etimadı doğrultmaq istəyirəm" - deyə Ştentsel bildirib.
Qeyd edək ki, "Borussiya" Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 22-də, Bakıda "Qəbələ"nin qonağı olacaq.
.
