Ukraynada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün yoxlama matçında qüvvəsini sınayıb.

Qol.Az-ın məlumatına görə, Roman Qriqorşukun komandası yerli "Çernomorets"lə yoxlama matçına çıxıb.

Qriqorçukun sabiq komandası ilə görüş Bakı vaxtı ilə saat 20:30-da başlayıb. Oyun "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
.