Türkiyənin "Qalatasaray" klubu qış transferi ərəfəsində yeni oyunçular heyətinə qatmağı düşünür.
Bu gün ingiltərə mətbuatı Con Terri və Eşli Yanqın "Qalatasaray"a transfer ediləcəyini yazıb.
İngiltərənin "Daily Mail" və "The Sun" qəzetləri, təcrübəli müdafiəçi Con Terrinin "Qalatasaray"a transfer ola biləcəyini yazıb. Müdafiə xəttindəki problemlərinə görə çətinliklər yaşayan və sərt tənqid olunan "Qalatasaray" bu yolla problemini həll etmək istəyir.
Con Terrinin "Çelsi" ilə imzaladığı müqavilənin müddəti bu mövsümün sonunda başa çatır. Terri də "Qalatasaray"ın məşhur, Çempionlar Liqasında oynadığı klub olduğunu deyərək transferi mümkün sayır. "Qalatasaray" menecerləri "Çelsi"nin baş məşçqisi Joze Mourinyo ilə danışıqlara başlayıblar.
Sarı-qırmızılı klubla adı xatırlanan başqa ingiltərəli oyunçu isə Eşli Yanqdır. İtalya mediası "Mançester Yunayted"in əsas heyətinə düşə bilməyən 28 yaşlı oyunçunun, Roberto Mancininin transfer siyahısında olduğunu yazıb.
.
