"Qalatasaray”ın Türkiyə kuboku çərçivəsində "Tokatspor”la qarşılaşdığı matçda arzuolunmaz hadisə baş verib. "Sarı-qırmızılar”ın portuqaliyalı futbolçusu Bruma ciddi zədə ilə üzləşib.
Belə ki, oyunun 41-ci dəqiqəsində rəqib futbolçuya qarşı qayda pozuntusu törədən 19 yaşlı yarımmüdafiəçi dizindən xəsarət alıb. Onun mövsüm sonuna qədər yaşıl meydanlardan uzaq qalacağı deyilir.
Qeyd edək ki, Portuqaliya millisinin də üzvü olan Bruma bu yay ölkəsinin "Sportinq” klubundan "Qalatasaray”a keçib.
.