Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvvləri Premyer Liqada çıxış edəqn klubların əvəzedici heyətləri arasında XII turun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Simurq"la oyunun 56-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərqə alan "Bakı"nın oyunçusu Sənan Bayramov 2 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə olunub. "Xəzəçr Lənkəran"la matçın 56-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqəni alaraq meydandan kənarlaşdıralan "Neftçi"nin futbolçusu Yunis Babayevin cəzası isə 1 oyun olub. Paytaxt klubu buna görə 100 manat cərimə ödəyəcək.
"Rəvan" 5, "Sumqayıt" və "İnter" 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimə edilib.
.
