"Metallist” "Qalatasaray”ın yarımmüdafiəçisi Albert Rieranı heyətinə qatmağı planlaşdırır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 31 yaşlı ispaniyalı futbolçu yaxın günlərdə Xarkov klubunun təlim-məşq toplanışına qoşulmalıdır.
Qeyd edək ki, Rieranın kiçik qardaşı Sito da hazırda karyerasını bu ölkədə, "Çernomorets” klubunda davam etdirir. Cari mövsümdə Türkiyə çempionatı və Çempionlar Liqasında 9 oyuna çıxan xavbek heçnəylə fərqlənə bilməyib.
Xatırladaq ki, Albert Riera daha əvvəl "Bordo”, "Mançester Siti” və "Liverpul” kimi komandalarda da çıxış edib. Bundan başqa, o, İspaniya millisinin heyətində 16 oyun keçirib və 4 qol vurub.
.
