"Mançester Yunayted” heyətini "Real”ın yarımmüdafiəçisi Anxel Di Mariya ilə gücləndirmək fikrindədir. Bu barədə "El Mundo Deportivo” məlumat yayıb. Məlumata görə, Mançester təmsilçisi argentinalı futbolçunu qış transfer dövründə heyətinə qatmağı düşünür.
Qeyd edək ki, mankunianlılar Di Mariyaya görə 21 milyon avro ödəməyə hazır olsa da, "Real”ın 25 yaşlı futbolçunu başqa komandaya buraxması inandırıcı görsənmir.
.
