"Mançester Yunayted" "Real"ın futbolçusu Kriştianu Ronaldunu transfer etmək fikrindən daşınıb.
Day.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun Madrid klubu ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlamasından sonra "MY" bu qərarı verib.
Qeyd edək ki, K.Ronaldu 2003-2009-cu illərdə "MY"da çıxış edib.
.
