Portuqaliyanın "Benfika” klubunun yarımmüdafiəçisi Nemanya Matiç karyerasını "Çelsi”də davam etdirəcək. London klubu Serbiya millisinin üzvü ilə 3 illik müqavilə imzalayacaq.
İngiltərə mətbuatının yazdığına əsasən, 25 yaşlı futbolçu bu gün Londona gedəcək və yeni komandasında tibbi müayinədən keçəcək. Onun transferi "Çelsi”yə 25 milyon avroya başa gəlib.
.
