Almaniya Bundesliqasında 9-cu turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib.
"Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Borussiya” (Dormund) səfərdə "Maynts”la qarşılaşıb. Oyun Dortmund klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Aktivində 24 xal olan "Borussiya" ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Borussiya” oktyabrın 22-də Bakıda "Qəbələ”nin qonağı olacaq.
.
