"Bizə qaz verin, donuruq"- Binəqədi sakinləri

8,632 oxunub

Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində bir neçə gündür ki, qaz yoxdur.

Bu barədə AzNews.az-a ərazinin sakinləri məlumat verib. Sakinlər bildiriblər ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara məlumat vermələrinə baxmayaraq, hələ də əraziyə təbii qazın verilişi bərpa olunmayıb:

"Təbii qazı səhər saat 09:00-da kəsirlər, bir də axşam saat 18:00-da. Bəzən isə elə qaz verirlər ki, nə evi qızdıra bilirik, nə də yemək hazırlamaq olur. Bu qarlı havada evlər çox soyuqdur, evlərdə körpə uşaqlar var. Bir stəkan çay tapmaq olmur. Nə qədər şikayət etmişik aldığımız cavab belə olur: "Bizə deyirlər ki, kəsin, təmir işləri aparılacaq, biz də kəsirik.”"

Sakinlər bildirib ki, təbii qazın verilməsi dayandırılsa da, həmin ərazidə təmir işlərinin aparılması gözə dəymir: "Bəs, bunlar ilin 3 fəslində işləmir?! Təmir işlərini yayda apararlar. Yatırlar, bir də qışda ayılırlar ki, filan yerdə qaz sızması yaranıb, bu səbəbdən də təbii qazın verilməsi dayandırılıb.”

"Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən ərazidə nəzərdə tutulan təmir işləri qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb:

"İndi təbii qazın verilməsində artım var. Təlabat artıqca təbii qazın verilməsində artım olacaq. Təbii qazın verilməsində hər hansı problem yaşanmayacaq.”

.
XƏBƏRLƏR 28-07-2026
27-07-2026
19:39 Ukrayna Antikorrupsiya Bürosu XİN-in sabiq rəsmisinin rəhbərlik etdiyi cinayətkar qrupu ifşa edib
19:06 AP: Vasitəçilər ABŞ və İranı yenidən danışıqlara qaytarmaq istiqamətində irəliləyiş əldə ediblər
19:01 Azərbaycanın Rusiya ixracı 3 % artıb, idxalı isə 42 % azalıb
18:23 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
18:10

Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib

18:03 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqlənib
17:31 Peskov: Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir
17:26 "Toplum TV" işi üzrə hökm oxunub
17:03 "Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən kişinin vəziyyəti açıqlanıb
16:59 Səudiyyə Ərəbistanı neft obyektlərinə yönələn PUA-ların məhv edildiyini açıqlayıb
16:29 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıb 
16:10 Azərbaycanda bu ilin II rübündə qaz hasilatı 1 % artıb
15:54 Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
15:35 Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
15:18 Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
Təqvim