"Əlbəttə, "Fənərbaxça” ilə matç çox vacib bir derbidir”.
Bu sözləri "Qalatasaray"ın qapıçı məşqçisi Kladio Taffarel deyib.
Braziliya millisi ilə 1994-cü ilin dünya çempionatının qızıl, 1998-də isə gümüş medallarını qazanan sabiq qolkiper bazar günü baş tutacaq "Fənərbaxça" ilə derbi barədə fikrlərini bildirib: "Lakin biz səfərə futbol oynamağa gedirik, döyüşməyə yox. Həm meydanda, həm də meydandan kənarada "feyr-pley” çərçivəsində bir görüş olacaq. "Şükrü Saracoğlu"nda oyunlar həmişə çətin keçir. Qalib gələcəyimiz təqdirdə hər şey bitməyəcək. "Fənər”lə xal fərqini 7-yə çatdıracağıq. Komandada müəyyən rahatlıq yarana bilər. Ancaq biz sonuna kimi mübarizə aparacağıq. Bu il formamıza 4-cü ulduzu taxmalıyıq. Bunu hər kəs istəyir”.
Qeyd edək ki, Kladio Taffarel 1998-2001-ci illərdə "Qalatasaray”ın formasını geyinib (apasport.az)..