Dünən İspaniya La-Liqasında 37-ci turun oyunları keçirilib.
Yenizaman.az bildirir ki, lider "Barselona" sәfәrdә ötənilki çempion "Atletiko" ilә qarşılaşıb. Katalonlar Messinin qolu ilə 1:0 hesablı qәlәbә qazanaraq 2014/2015 mövsümünün qalibi olublar.
Qeyd edək ki, onlar sona 1 tur qalmış Madrid "Real"ını 4 xal qabaqlayıblar.
Beləliklə, "Atletiko" çempionluq titulunu itirib və "Barselona" bir mövsümlük fasilədən sonra qızıl medallara sahib çıхıb. Kataloniya klubu tariхinin 23-cü çempionluğunu qazanıb. Mütləq rekord isə "Real"a məхsusdur - 32 çempionluq.
 
.