"Atletiko” klubunun və İspaniya miillisinin hücumçusu Dieqo Kosta Madrid klubundan ayrılacağını təsdiqləyib. Bu haqda 25 yaşlı hücumçu özü goal.com saytına bildirib.
Şənbə günü İspaniya millisinin heyətində Sloveniyaya qarşı start heyətində oynadığı matçdan (2:0) sonra açıqlama verən Dieqo Kosta bundan sonra karyerasını Londonun "Çelsi” klubunda davam etdirəcəyini söyləyib.
"Soruşursunuz ki, "Çelsi”yə keçəcəyəmmi. Bəli, elə görsənir” – deyə o vurğulayıb.
Qeyd edək ki, Kostanın transferinə görə London klubunun "Atletiko”ya 40 milyon avro təzminat ödəyəcəyi, futbolçunun özünün isə İngiltərədə İspaniyadan üç dəfə artıq qazanacağı bildirilir.
Bundan əvvəl isə "Atletiko"nun daha bir ulduzu - türk futbolçu ARda Turanın 41 milyon avro qarşılığında "Barselona"ya transfer olması barədəki xəbər təsdiqlənib.
.
