Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turniri Avropa klublarının da diqqət mərkəzində olacaq.
Qaynarinfo.az xəbər verir ki, Avropanın tanınmış klublarından 4-ü AFFA-ya müraciət edib. 
Belə ki, İngiltərənin "Mançester Siti” və "Arsenal”, İspaniyanın "Sevilya”, Portuqaliyanın "Portu” klubunun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəklər.
Qeyd edək ki, çempionatda İngiltərə, İspaniya və Portuqaliya milliləri mübarizə aparacaqlar. "Portu"nun skautlarının mayın 5-də Azərbaycanla oyunu izləyəcəyini indidən söyləmək olar. Çünki Portuqaliya həmin gün A qrupunda millimizlə qarşılaşacaq.
.