"Arsenal"ın nümayəndələri "Şalke"nin yarımmüdafiəçisi Yulian Drakslerin mümkün transferini müzakirə etmək üçün Helzenkirhenə yollanıblar. Bu barədə goal.com portalı məlumat yayıb. London klubunun baş məşqçisi Arsen Venger gənc futbolçuya görə qarşı tərəfə 36 milyon avro ödəməyə hazırdır.
"Şalke" isə Drakslerlə 5 illik müqaviləni əsas gətirərək onu 45 milyon funta satmaq istəyir. Bundan başqa, "topçular"ın nümayəndələri Franfurta da gedəcəklər. Burada onlar "Ayntraxt"ın müdafiəçisi Sebstyan Yunqun keçidini həll etməyə çalışacaqlar.
.
