
Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dəyişiklik edilib.
Bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.
Sərəncama əsasən, növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizi, o cümlədən xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi hədəflənir.
İndiyə qədər 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənirdi.
.