2 ailədə nadir tapılan xəstəlik müşahidə olunub

9,469 oxunub

"Azərbaycanda iki ailədə bruqada sindromu (qəfləti ürək dayanması) müşahidə olunub”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdir əvəzi İsax Mustafayev deyib.

Onun sözlərinə görə, nadir rast gəlinən xəstəliklərdən və patologiyalardan biri də bruqada sindromudur: "Bu sindrom genetik olaraq nəsildən-nəsilə keçərək müxtəlif həyati təhlükə aritmiyaları törədə bilir. Aritmiyalar ürək dayanması ilə bərabər qəfləti ölümə gətirib çıxara bilər. Azərbaycanda iki belə ailə olub. 18 yaşında gənc qız çox ağır bayılma epizodu ilə bizə müraciət etmişdi. Həmin qızda kliniki və laborator müayinələrdə patologiya aşkar olunmayıb, yəni bayılma baş verdikdən sonra tez müddətə ayıldığı üçün ailəyə qorxulu bir şey olmadığı ilə bağlı təsəlli verdim. Atası ciddi şəkildə xəbərdarlıq etdi ki, onun həyat yoldaşı 45 yaşında yuxuda ürəyi dayanaraq dünyasını dəyişib. Ötən il isə oğlu 17 yaşında eyni səbəbdən vəfat edib. Qızın təkrar ürək elektrokardioqramasına baxanda sindromun göstəricilərini müşahidə etdik”.

İ.Mustafayev qeyd edib ki, bruqada sindromu ürəkdə heç bir struktur patologiyası olmayan insanlarda müşahidə olunan anadangəlmə kanalopatiyadır, autosom-dominant tip irsiyyətlə örtürülür: "Sindromun yayılmasının həqiqi göstəriciləri məlum deyil. Amma ümumi məlumatlara əsasən Uzaq Şərqdə və Cənubi Şərqi Asiyada bu sindrom daha çox yayılıb. Müasir məlumatlara görə, bruqada sindromu izaholunmaz qəfləti ölümlərin 4-12 faizini təşkil edir. Strukturu normal ürəkdə baş verən qəfləti ölümün isə 20 faizinin əsas səbəbi bu sindromdur. Kişilərdə qadınlara nisbətən bu sindroma yoluxma 8-10 dəfə çox olur. Sindrom olan xəstələrdə dərman müalicəsindən geniş istifadə olunmur. Çünki bu patalogiya zamanı ölümü ciddi azaldan dərman preparatı hələlik icad olunmayıb".

Mütəxəssis vurğulayıb ki, sindromun aradan götürülməsi üçün ən effektiv metod elektroimpuls terapiyası (EİT) hesab edilir: "Əgər xəstənin anamnezində (xəstəliyin tarixçəsi) qəfləti ölüm halı olubsa və ya tez-tez bayılmalar olursa, ona mütləq şəkildə implanta olunan kardivertor deffibulyator (İSD) aparatı qoşulmalıdır. Bu müalicə üsulu Azərbaycanda uğurla icra olunur. Həmin qız müvafiq aparata qoşulduqdan sonra ölüm halı baş vermədi. Bu sindrom uşaqlıq yaşından başlayaraq özünü büruzə verə bilər. Müalicə olunmadıqda xəstə 30-40 yaşlarında ölə bilər”.

.
XƏBƏRLƏR 28-07-2026
27-07-2026
19:39 Ukrayna Antikorrupsiya Bürosu XİN-in sabiq rəsmisinin rəhbərlik etdiyi cinayətkar qrupu ifşa edib
19:06 AP: Vasitəçilər ABŞ və İranı yenidən danışıqlara qaytarmaq istiqamətində irəliləyiş əldə ediblər
19:01 Azərbaycanın Rusiya ixracı 3 % artıb, idxalı isə 42 % azalıb
18:23 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
18:10

Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib

18:03 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqlənib
17:31 Peskov: Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir
17:26 "Toplum TV" işi üzrə hökm oxunub
17:03 "Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən kişinin vəziyyəti açıqlanıb
16:59 Səudiyyə Ərəbistanı neft obyektlərinə yönələn PUA-ların məhv edildiyini açıqlayıb
16:29 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıb 
16:10 Azərbaycanda bu ilin II rübündə qaz hasilatı 1 % artıb
15:54 Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
15:35 Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
15:18 Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
Təqvim