Aprelin 19-da Ukrayna – NATO Şurasının növbəti iclası keçiriləcək.

Bunu alyansın baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə çağırılan toplantıda Kiyevə hava hücumudan müdafiə sistemləri və qumbaraatanların göndərilməsi müzakirə olunacaq.

Stoltenberqin sözlərinə görə, alyansa üzv ölkələrin Ukraynaya göndərmək üçün kifayət qədər HHM sistemləri var.

.