Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə qarşıdan gələn danışıqlarını irəliləyiş üçün fürsət hesab edir.

Bu barədə “Report” Böyük Britaniyanın Baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Onlar ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçiriləcək görüşünü müzakirə ediblər və vurğulayıblar ki, əgər Putin sülhə nail olunması niyyətinin ciddi olduğunu nümayiş etdirmək üçün konkret addımlar atarsa, bu danışıqlar irəliləyiş üçün şans ola bilər", - məlumatda bildirilib.

.