Zelenski üçtərəfli görüşün baş tutmayacağı təqdirdə, Rusiyaya sanksiyaların gücləndirilməli olduğunu deyib.

 Ukrayna prezidenti Volodimir Zelenski özünün sosial şəbəkə hesabında Ukraynanın tələblərini qeyd edib.

“Rusiyanın işğalları arasında daha bir fasilə yox, əsl sülh bərqərar olmalıdır. Cəbhədə və səmada atəşlər kəsilməlidir. Qətllər dayandırılmalı, bütün əsir və girovlar azad edilməlidir. Minlərlə ukraynalı əsirlikdədir və onların hamısı vətənlərinə qaytarılmalıdır. Təcavüzün davam etdiyi müddət ərzində Rusiyaya təzyiq göstərilməlidir. Prezident Trampla telefon danışığımda bildirdim ki, üçtərəfli görüş baş tutmasa və ya Rusiya müharibəni ciddi şəkildə bitirməkdən yayınsa, sanksiyalar şiddətləndirilməlidir. Uzunmüddətli və etibarlı təhlükəsizlik zəmanətləri təmin olunmalıdır. Ukrayna ilə bağlı bütün mühüm məsələlər Ukraynanın iştirakı ilə müzakirə olunmalıdır. Heç bir mövzu barədə, xüsusilə də ərazi mövzusu ilə əlaqədar Ukraynanın iştirakı olmadan heç bir qərar qəbul edilə bilməz” - Zelenski qeyd edib.

O, Ukraynanın dünyanın hər bir yerində sülh istəyən hər kəslə əməkdaşlığa davam etdiyini vurğulayıb.

.