ABŞ-yə gələn Avropa İttifaqı (Aİ) liderləri Prezident Donald Trampla Ağ Evə görüşə getməzdən əvvəl Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşəcəklər.

TASS-ın xəbərinə görə, bu barədə jurnalistlərə Avropa Komissiyasının Mətbuat Xidmətindən məlumat verilib.

"Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ dövlət və hökumət başçıları Trampı ziyarət etməzdən əvvəl Vaşinqtonda Zelenski ilə hazırlıq görüşü keçirəcəklər", - deyə məlumatda qeyd edilib.

Ağ Evdən isə bildirilir ki, Tramp əvvəlcə Zelenski ilə bir saat ərzində danışıqlar aparacaq, daha sonra Avropa liderlərini qəbul edəcək.

.