
Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı liderlər formatında diskussiyalara start verməyin vaxtı çatıb.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib.
“Hərbi rütbəlilər, müdafiə nazirləri və təhlükəsizlik müşavirləri - bütün səviyyələrdə gələcək təhlükəsizliyimizin komponentləri hazırlanır. Detalların müəyyən olunması prosesini sürətləndiririk. Əsas prioritetlərin və zaman cədvəlinin müəyyən olunması üçün liderlər formatında müzakirələr aparmağın vaxtı çatıb”, - Zelenski qeyd edib.
Ukrayna lideri Rusiyaya qarşı təzyiqin davam etməli olduğunu vurğulayıb.
.