Ukrayna Prezidenti Volodimir Zelenski hava hücumundan müdafiə üzrə yeni formatı nəzərdən keçirdiklərini bəyan edib.

Bu barədə Zelenski fransalı həmkarı Emmanuel Makronla mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu haqda o, əvvəl Makronla danışıb, bu gün isə məlumatı digər tərəfdaşları və ABŞ Prezidenti Donald Trampla paylaşıb.

“Əgər ABŞ-dan müsbət siqnal alsaq, çünki texniki cəhətdən yeni hava müdafiəsi formatı çox şeydən asılıdır… müsbət siqnal alsaq, məlumatları paylaşmaqdan məmnun olarıq”, - Zelenski vurğulayıb.

Putin görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında deyib.

“Amerikalı tərəfdaşlarımız deyiblər ki, Putin məni Moskvaya dəvət edib. Məncə görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib. Hazırda Rusiya tərəfdən müharibəni dayandırmaq üçün hər hansı bir istək görmürük”, - Zelenski bildirib.

Putin sülhə məcbur ediləcək.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında deyib.

O, Rusiyanın silah istehsal etmək qabiliyyətinin hədəfə alınacağını vurğulayıb.

Zelenski güclü Ukrayna ordusunun təhlükəsizlik zəmanətində əsas rol oynayacağını qeyd edib.

Ukrayna lideri ölkəsinin təhlükəsizliyi üçün müəyyən bir fikir bazası mövcud olduğunu və bununla əlaqədar sənədlərin hazırlandığını bildirib.

.