Zaqatalada "Azərpoçt” MMC-nin filialı qarət olunub.
Rayonun Muğanlı kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında "Azərpoçt” MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb. 
Zaqatala rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar. 
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. 
.