ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinin ABŞ-a səfərinin yekunlarına əsasən Vaşinqtonun “böyük irəliləyiş” əldə etdiyini bildirib.
Tramp bunu Çikaqodan qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində deyib.
“Si Cinpinlə inanılmaz görüşümüz oldu. Görüş uzun sürdü, faktiki olaraq iki gün davam etdi. Təsəvvür edin. Biz böyük irəliləyiş əldə etdik”, – deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, görüşün nəticəsində, o cümlədən amerikalı fermerlər üçün “çoxlu müsbət proseslər” baş verir.
.
