Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkmənistanı Milli Gün münasibətilə təbrik edib.

Bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Qardaş Türkmənistan xalqını və hökumətini Türkmənistanın Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Türkmənistana davamlı sülh, firavanlıq, tərəqqi və inkişaf arzulayırıq.

Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.

.